XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik
Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün tvitter səhifəsində yazıb.
Nazir müavini bildirib: “Yaxın günlərdə biz Ermənistanı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir”.