Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Liviyanın Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili Aşraf Adamla görüşüb.

Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin, xüsusilə, turizm əlaqələrinin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: