Ermənistan prezidenti: “Müharibə başlayanda Azərbaycan böyük üstünlüyə sahib idi”

A- A A+

İşgüzar səfərlə Fransa olan Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 18-də plenar müzakirədə iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan prezidenti müzakirədə çıxış edib.
Armen Sarkisyan Qarabağ müharibəsi haqqında danışaraq bildirib ki, müharibə başlayanda Azərbaycan böyük üstünlüyə sahib idi.
“2020-ci ildə müharibə başladı. Bu, tamamilə başqa müharibə idi. Müharibə başlayanda Azərbaycan böyük üstünlüyə sahib idi. Onlar qaz və neft kəmərlərinə sahibdirlər, hərbi sahəyə böyük sərmayələr qoymuşdular. Ermənilər çox qabaqcıl texnologiyalara, hərbi avadanlıqlara qarşı döyüşürdülər. Burada yeni vəziyyət var idi, həmsədrlər heç nə edə bilməzdilər. Bu müharibə dəyişən dünyanı göstərdi”, - deyə Ermənistan prezidenti qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: