Ermənistan ÜDM-nin 30 faiz artımını proqnozlaşdırır - Kommunikasiyaların açılması hesabına...

A- A A+

Azərbaycan və Tükiyə ilə nəqliyyat kommunikasiyalarının bərpası Ermənistanda Ümumi Daxili Məhsulu 30 faiz artırmağa kömək edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, belə proqnozla sentyabrın 20-də İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumunun gedişində iqtisadiyyat naziri Vahan Kerobyan çıxış edib.

Onun sözlərinə görə, belə proqnoz yalnız erməni tərəfin hesablamalarının məhsulu deyil və Dünya Bankının və Asiya İnkişaf Bankının analitik hesablamalarında əksini tapıb.

«Biz, hamımız anlayırıq ki, yolların blokadasının açılması bizim ümumi iqtisadi layihələrimizin rəqabət qabiliyyətliliyini yüksəldəcək. İkitərəfli danışıqlarda hərəkətə gətirilmiş Rusiya şirkətləri və təşkilatları bunu nəzərə alırlar» - Vahan Kerobyan qeyd edib.

Ardınca, İqtisadiyyat Nazirliyinin başçısı göstərib ki, İrəvanın məqsədi - üçtərəfli danışıqları ağıllı sonluğa çatdırmaqdan ibarətdir - erməni tərəfin maraqları nəzərə alınmaqla.

Ermənistan, Rusiya və Azərbaycan bölgədə nəqliyyat və iqtisadi əlaqələrin donunun açılmasında maraqlıdırlar, deyə bazar ertəsi bundan əvvəl İrəvandakı bznes-forumda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan isə öz növbəsində qeyd edib ki, uzun illər Cənubi Qafqazda nəqliyyat əlaqələrinin məhdudiyyəti mövcud olub, kommunikasyaların açılması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək, amma konkret rəqəmlərdən danışmaq hələ tezdir.

Bu, həmin Mherdir ki, bir müddət əvvəl Moskvada baş nazir müavinlərinin görüşü zamanı blokadanın aradan götürülməsinin Ermənistan üçün məqsədəmüvafiq olmadığını bildirərək, sadəcə «tısmışdı». Bəhanəsi də bu olmuşdu ki, Azərbaycanla sərhədlər delimitasiya və demarkasiya olunmadığından və iki ölkə arasında sülh müqaviləsi bağlanmadığından, kommunikasiyaların açılması mümkün deyil. Mher müqavilənin bağlanmasının erməni tərəfin günahı üzündən baş tutmadığı barədə susaraq, sanki sarsaq uşaq kimi, «kaprizlərini» nümayiş etdirmişdi: «İstəmiyəm, oynamıyam, yemiyəm…»

İndi görünür aclıq Mher balanı yaman yerdə yaxalayıb və o, «açılsın» deyə, kor ilan balası kimi «dil çalır». Ay, molodets, Mherçik!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: