AŞ PA-da İkinci Qarabağ müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq

A- A A+

İkinci Qarabağ müharibəsinin humanitar fəsadları Avropa Şurası Parlament Assmableyasının (AŞ PA) payız sessiyasında müzakirə olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, müzakirələr sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümündə debat formasında keçiriləcək.

Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda keçiriləcək. Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoymuş İkinci Qarabağ müharibəsi 44 gün, sentyabrın 27-dən noyabrın 10-u, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalamasınadək davam etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: