Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb.
Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.