Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq kursu uğurla bitiriblər - FOTOLAR
İstanbuldakı Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Hərbi Dəniz Qüvvələrinin hərbçiləri üçün keçirilən "Beynəlxalq Dalğıc Kursu"nun buraxılış mərasimi olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan və Somali hərbi dənizçiləri kursu uğurla başa vurublar.