Azərbaycan 44 günlük müharibədə ölmüş erməni hərbçinin meyitini qarşı tərəfə verib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni mətbuatına istinadən xəbər verir ki, meyit sentyabrın 23-də Şuşada verilib.
Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1670 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb.