Ukraynanın “Gordon” nəşrində 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunan məqalə dərc edilib

A- A A+

Ukraynanın nüfuzlu “Gordon” nəşrində 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun müəllifi olduğu məqalədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlarından yazılıb.

Müəllif qeyd edib ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də hədəf seçirdi. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirildi. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. İndi isə azad edilmiş ərazilərin fəal şəkildə bərpası prosesi gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: