BMT baş katibi Azərbaycana təşəkkür edib

A- A A+

BMT baş katibi Antoniu Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb.

Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər.

“Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər çəkən insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb”, - xəbərdə deyilir.

Quterreşin ofisində, həmçinin əlavə ediblər ki, BMT rəhbəri Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi diplomatik işinə görə təşəkkür edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: