Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, R.T.Ərdoğan “Twitter” hesabındakı paylaşımında bildirib:
"Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığa qovuşduran şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır”.