taliyanın “fai.informazione.it” xəbər portalında Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri Karlo Marinonun 27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir il əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatdı” sərlövhəli məqaləsi yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığı, ötən il başlanan 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın onilliklər ərzində həyata keçirdiyi hərbi, ekoloji və humanitar cinayətlərinin üzə çıxdığı barədə məlumat verilib.
“Azərbaycan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq bölgədə davamlı sülhün, təhlükəsizliyin və firavanlığın təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Ordunun əldə etdiyi Qələbə Azərbaycan tarixində yeni bir dövr açıb, beynəlxalq hüququ bərqərar edib və ölkəsinin geosiyasətini dəyişib”, - deyə müəllif vurğulayıb.