Belarusun xəbər portalında 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunan məqalə dərc edilib

A- A A+

Belarus mətbuatında 44 günlük Vətən Müharibəsinin ildönümünə həsr olunan məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Belaruskaya Prauda” saytında dərc edilən məqalədə Vətən müharibəsi ilə bağlı faktlar, təhlillər yer alıb. Bundan başqa, müəllif bir əsrdən çoxdur Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qırğınlar, onların ərazi iddiaları barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Ordusu total şəkildə məhv edilib. Azərbaycan Ordusu öz qüdrətini, gücünü və peşəkarlığını nümayiş etdirib. Azərbaycan 30 ilə yaxındır, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarında münaqişənin sülh yolu ilə həllinə çağırışlar olsa da, Ermənistan həmişə təxribatlara əl atıb. Sonda Azərbaycan beynəlxalq hüququn prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad edib.

Məqalədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq salnaməsi haqqında geniş faktlar yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: