Soçidə Rusiya və Türkiyə prezidentlərinin danışıqları başlayıb

A- A A+

Bir qədər əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya və Türkiyə prezidentlərinin ticari-iqtisadi əlaqələri, Cənubi Qafqazda, Suriya, Liviya, Əfqanıstanda vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Görüş ərəfəsində Rusiya dövlətinin başçısı Vladimir Putinin koronavirus infeksiyası ilə əlaqədar təxminən ikihəftəlik özünütəcrid rejimi başa çatıb. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqların yekununda hər hansı sənədin imzalanması gözlənilmir. Eyni zamanda, D.Peskov vurğulayıb ki, V.Putin son vaxtlar bir çox görüşlərini videoformatda keçirsə də, Türkiyə Prezidenti ilə şəxsən görüşəcək.

Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsində Rusiyaya 13-cü səfəridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: