İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, qalıqlar Cəbrayıl rayonunda aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 677 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.