Milli Məclis Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında bağlanmış Sazişi təsdiqləyib

A- A A+

Milli Məclis Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişi təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirə olunub.

Tərəflər arasında Saziş məktublar mübadiləsi formasında 2019-cu il mayın 31-də bağlanıb və iyunun 21-də imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: