Türkiyə tərəfi Yunanıstanın silahlanmasına və əsassız iddialarına etirazını bildirib

A- A A+

Yunanıstanın maksimalist dəniz və hava məkanı iddiaları beynəlxalq hüquqa ziddir. Yunanıstanın beynəlxalq ictimaiyyət tərəfindən də sorğu-sual edilən bu əsassız iddialarını, NATO-ya zərər verəcək şəkildə Türkiyəyə qarşı ikitərəfli hərbi ittifaqlar yaratmaqla bizə qəbul etdirə biləcəyini düşünməsi boş bir xəyaldır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mövzu ilə bağlı sualları cavablandırarkən deyib.

Diqqətə çatdırılır ki, bu cür əhəmiyyətsiz cəhdlər Türkiyənin Egey və Aralıq dənizlərində həm özünün, həm də Şimali Kiprin haqlarını qorumaq məsələlərində qərarlılığını daha da artıracaq. Yunanıstanın əməkdaşlıq əvəzinə silahlanma, Türkiyəni təcridetmə və özgələşdirmə siyasəti, əsasən özünə və üzv olduğu Avropa İttifaqına zərər verəcək. Bu, bölgədə sülh və sabitliyi təhdid edən problemli bir siyasətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: