Bu gün Ermənistanın humanitar hüquq prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşmiş Gəncə şəhərinə hücumundan bir il ötür.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) "Twitter" səhifəsində yazılıb.
Nazirlik günahsız qurbanları kədər və hüznlə xatırladıqlarını bildirib.