Səid Xətibzadə: Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bəyan etmişik

A- A A+

Biz Azərbaycan ilə əlaqələrimizi davam etdirmək və problemləri danışıqlar yolu ilə həll etmək istəyindəyik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyini rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Tehran öz prinsiplərinə sadiq qalır və üçüncü tərəfin əlaqələrimizə müdaxiləsini yolverilməz hesab edir. “Müharibə başlayanda biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığımızı və ona hörmətlə yanaşdığımızı bəyan etmişik. İran hər iki qonşusu ilə əlaqələrinin yaxşı olmasını istəyir. İranın bir dövlətlə yaxşı münasibətləri digər dövlət üçün heç bir təhlükə törətmir”, - deyə o bildirib.

Səid Xətibzadə Bakı ilə Tehran arasında vasitəçiliyə heç bir ehtiyacın olmadığını bildirib. Qeyd edib ki, diplomatiya ilə bütün məsələləri həll etmək mümkündür.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana rəsmi səfərə gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: