Bişkekdə antiterror təlimlərinə hazırlıq üzrə treninq keçirilib

A- A A+

Bişkekdə Müstəqil Dövlətlər Birliyinin “İssık-Kul Antiterror-2018” adlı birgə antiterror təlimlərinə hazırlıq üzrə treninq keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak ediblər. Treninqdə təlimlərin mövzusu və qaydaları müzakirə edilib, beynəlxalq terror təşkilatlarının əleyhinə aparılacaq işlər müəyyənləşdirilib. Tədbir iştirakçıları MDB xüsusi xidmət və hüquq mühafizə orqanlarının arsenalındakı kollektiv istifadə edilən informasiya sistemlərinin imkanları ilə də tanış olublar. “İssık-Kul Antiterror-2018” birgə antiterror təlimləri sentyabr ayında birliyə daxil olan dövlətlərin ərazilərində keçiriləcək, yekun mərhələ isə Qırğızıstanda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: