Dünən Füzuli rayonunda aparılan axtarış işləri zamanı müharibə zamanı məhv edilən daha iki erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.
Onların kimliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Qeyd edək ki, indiyədək tapılan erməni hərbçilərin sayı 1680-ə çatıb.