Hulusi Akar: Cənubi Qafqazda sabitliyin təmin olunması bölgənin bütün xalqları üçün çox vacibdir

A- A A+

Cənubi Qafqaz bir çox cəhətdən, eləcə də neft və qaz boru kəmərləri baxımından çox önəmlidir. Bu səbəbdən regionda sülhün və sabitliyin təmin olunması təkcə bizim üçün deyil, eyni zamanda, bütün bölgə xalqları üçün böyük önəm daşıyır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin oktyabrın 5-də Gürcüstanda keçirilən görüşünü mövcud münasibətlərin müzakirəsi və perspektivlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hulusi Akar bildirib ki, görüşdə bölgədə sülhün və sabitliyin qorunması məsələləri də diqqət mərkəzində olub. Türkiyə, Gürcüstan və Azərbaycan arasında inkişaf edən, daim dərinləşən və genişlənən münasibətlər qarşıdakı illərdə bütün sahələrdə daha da möhkəmlənəcək.

“Qafqaz kimi önəmli bölgənin vacib ölkəsi olan Gürcüstanda Azərbaycan ilə birlikdə keçirdiyimiz təlimlər müdafiə qüvvələrimiz üçün faydalıdır. Bu, təkcə bizim ölkələrimiz üçün deyil, eyni zamanda, bölgədəki digər ölkələr üçün də örnək ola bilər”, – deyə Hulusi Akar vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: