Dünən işğaldan azad edilən Cəbrayıl rayonunda müharibə zamanı məhv edilən erməni hərbçilərin cəsədlərinin axtarış işləri aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.
Axtarış işləri zamanı daha bir erməni hərbçinin qalıqları tapılıb. Onun kimliyi məhkəmə-tibbi ekspertizası zamanı məlum olacaq.
Müharibədən sonra aparılan axtarış işləri zamanı tapılan erməni hərbçilərin sayı 1681-ə çatıb.