Oktyabrın 11-12-də Belqradda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək

A- A A+

Serbiyanın paytaxtı Belqrad oktyabrın 11-12-də Qoşulmama Hərəkatının Sammitinə ev sahibliyi edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Belqradda keçirilmiş birinci konfransın 60-cı ildönümünün qeyd olunacağı builki sammitdə 100-dən çox ölkənin nümayəndələri bir araya gələcəklər.

Serbiya Prezidenti Aleksandr Vuçiç sosial media hesabından yazıb ki, iştirakçılar bu gündən Belqrada gəlməyə başlayıblar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri 60 il bundan öncə Belqrada toplaşmışdılar. Bu gün də müstəqillik və birgə fəaliyyətin əhəmiyyətini qeyd etməyin vaxtıdır.

Sammitə 105 ölkədən və 9 beynəlxalq təşkilatdan rəsmilər toplaşacaq.

Qeyd edək ki, dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilədək davam edəcək.

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzvdür. 2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: