NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, NATO rəsmisi minnətdarlığını oktyabrın 12-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.
O, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.