Azərbaycan Prezidenti: Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır

181

Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul olunub. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

Sərmayənin əsasən infrastruktur layihələrinə qoyulduğunu qeyd edən Prezident deyib ki, bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Hazırda avtomobil və dəmir yolları inşa edilir. Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, yaşayış binalarının tikintisi layihələrinə də başlanılıb. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib.

“Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: