Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

408

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Zabitlərə sıra, kəşfiyyat, taktiki, topoqrafiya və rabitə hazırlığından məşğələlər keçirilib, bölmələrdə texnikalara mövsümü texniki qulluğun göstərilmə qaydaları çatdırılıb.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərin fiziki hazırlıq və müxtəlif ixtisaslar üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

 

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: