Müdafiə Nazirliyi: Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır
Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır.
Nazirlik bildirir ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır.