Türkiyə mediası Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu Agentliyi, “Haber global” telekanalı, “Yeni Şafak” qəzeti və s. media vasitələri Prezident İlham Əliyevin çıxışındakı mühüm məqamları tezislər şəklində türkdilli ictimaiyyətə çatdırıblar.

Türkiyə mediası dövlət başçısı İlham Əliyevin sözügedən çıxışına istinadla yazır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi əsasında otuz ilə yaxın zaman kəsiyində mövcud olan işğala son qoyaraq təcavüzkar Ermənistanı təslim olmağa məcbur edib. Bunla da regionda yeni bir münasibətlər mühiti yaranıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərində həyatı bərpa etmək üçün inamla səy göstərdiyini, bölgədə böyük tikinti-quruculuq işlərini apardığını xatırladan Türkiyə mediası yazır ki, Prezident İlham Əliyev çıxışında “Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır”,-deyə fikirlərini davam etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: