Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

A- A A+

“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: