Ermənistan Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsasız iddialarla çıxış edib

A- A A+

Azərbaycanın Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə verdiyi dövlətlərarası şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumatında yer alıb.

Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda, Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları öz əksini tapır.

Eyni zamanda, Ermənistan da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsasız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən müharibəsi dövrünə aiddir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: