Yaponiya saytı Prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri və ictimaiyyət nümayəndələri ilə görüşündən yazıb - FOTOLAR

A- A A+

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri barədə məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dillərində yayımlanan məlumatda əvvəlcə Azərbaycan Prezidentinin Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdiyi bildirilib. Qeyd olunub ki, həmin yol Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən hissəni əhatə edir.

Bununla yanaşı, Azərbaycan Prezidentinin və birinci xanımın “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdikləri də bildirilib.

Diqqətə çatdırılıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: