Qazaxıstanın rəsmi informasiya agentliyi Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini işıqlandırıb

229

Qazaxıstanın “Kazinform” informasiya agentliyi Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, agentlik bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Xəbərdə qeyd edilib ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılışını bildirən lenti kəsiblər. Prezidentlərə Füzuli Beynəlxalq Aeroportunun rəmzi açarları təqdim olunub və dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: