Milli Məclis “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişlə bağlı qanun layihəsini təsdiqləyib

A- A A+

Milli Məclis Azərbaycan hökuməti ilə ABŞ arasında tərəfdaşlıq proqramı haqqında Sazişin qüvvədəolma müddətinin uzadılması ilə bağlı qanun layihəsini təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək səsvermədən sonra bir dəfəyə qəbul edilib.

Sənədə əsasən, 2015-ci il mayın 25-də imzalanmış Sazişin qüvvədəolma müddəti tərəflərin Saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: