Ukraynanın Jitomir şəhərinin mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb - FOTOLAR

A- A A+

Ukraynanın Jitomir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi” ictimai təşkilatının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü”, “44 günlük Vətən müharibəsi” şüarları yazılıb, Zəfər simvolumuz olan “Xarıbülbül”ün şəkli əks olunub.

İctimai təşkilatın sədri İlqar Məmmədov bildirib ki, 3 bilbord şəhərin mərkəzi hissələrində - “Qələbə” meydanı, Jitomir şəhər meriyasının binasının yaxınlığında quraşdırılıb.

Bilbordlar bir ay ərzində nümayiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: