Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Təkdam kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun işğaldan azad edilmiş Təkdam kəndinin videogörüntülərini paylaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Təkdam kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana təhvil verilib.