Anadolu Agentliyi Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı çıxışından geniş informasiya yayıb

A- A A+

Türkiyənin Anadolu Agentliyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu barədə geniş məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, agentliyin “Azərbaycan Prezidenti Əliyev: Vaksinlərin alınması üçün bütün ölkələrə bərabər şərait yaradılmalıdır” sərlövhəsi ilə yaydığı informasiyada Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı barədə türkdilli ictimaiyyətə geniş məlumat verilir.

Diqqətə çatdırılır ki, məlum pandemiya ilə bağlı dünyadakı ədalətsizliklərə toxunan Azərbaycan Prezidenti bəzi ölkələrdə peyvəndin 3-cü dozasının tətbiq olunduğu halda digər ölkələrdə hələ də birinci dozanın vurulmasının başa çatmadığını təəssüflə bildirib.

Anadolu Agentliyi yazır ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu təcavüzün acı nəticələri, Azərbaycan torpaqlarında törədilən vandalizm, eləcə də rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə, işğal faktının tam aradan qaldırılması ilə bölgədə yaranan real vəziyyət, eləcə də ölkəsinin karbohidrogen strategiyası barədə məsələlərə geniş yer ayırıb.

Məlumat verilir ki, 40 ölkədən təxminən 300 iştirakçının qatılması ilə keçirilən Forum noyabrın 6-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: