İran XİN: Azərbaycanla əlaqələrimizi müsbət istiqamətdə və mehriban qonşuluq şəraitində davam etdirəcəyik

A- A A+

Azərbaycan Respublikası ilə əlaqələrimizi müsbət istiqamətdə və mehriban qonşuluq şəraitində davam etdirəcəyik.

NUHÇIXAN İnformasiya Agentliyi İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu sözləri nazir Hüseyn Əmir Abdullahian deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslar müsbət istiqamətdə davam edir və hər iki tərəf münasibətlərin inkişafı üçün siyasi iradə nümayiş etdirir.

Tərəflər arasında bəzi fikir ayrılıqları ola bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, iki qonşu dövlət qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: