ATƏT PA ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

A- A A+

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev noyabrın 8-dən Türkiyədə səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ATƏT PA-nın prezidenti Marqareta Sedelfertin rəhbərliyi ilə həyata keçiriləcək rəsmi səfər çərçivəsində Azay Quliyevin Türkiyənin dövlət və hökumət rəsmiləri ilə, həmçinin Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra görüşləri nəzərdə tutulur. Görüşlərdə ATƏT PA ilə Türkiyə arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq.

Azay Quliyev TBMM-də təmsil olunan siyasi partiya rəhbərləri və Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşırık qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Noyabrın 11-dən etibarən ATƏT PA-nın nümayəndə heyətinin səfəri İstanbulda davam edəcək. Burada deputatımızın bir sıra görüşləri planlaşdırılır.

Səfər noyabrın 12-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: