Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib

A- A A+

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: