Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib - VİDEO

A- A A+

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən olan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi DTX-nin saytına istinadla xəbər verir ki, Xidmətin rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılan videoçarxda Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan şanlı səhifə yazan qətiyyətli sərkərdə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində düşməni darmadağın edərək qazandığı tarixi Qələbə tərənnüm olunur. Videoçarxda Azərbaycan Ordusunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmasını, Ermənistan ordusunun bölmələrinin darmadağın edilməsini, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının ucaldılmasını, müharibədə “Dəmir yumruq” kimi sarsılmaz birlik sərgiləyən əzmkar xalqımızın Qələbə coşğusunu əks etdirən görüntülər yer alıb.

Xüsusi vurğulamaq lazımdır ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin layiqli irsini uğurla davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yüksək vətənpərvərlik, rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: