"Zəfər" zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olunub - VİDEO

A- A A+

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun, "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin və "Baku.TV"-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.

Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinist Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş edib.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: