Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində edilən paylaşımda deyilir:
“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.
Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bərabər olmağa davam edəcək”.