Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub

A- A A+

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

XİN-nin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: