Kanberranın mərkəzində ilk dəfə Azərbaycanın Dövlət bayrağı qaldırılıb - FOTOLAR

A- A A+

Avstraliyanın paytaxtı Kanberra şəhərinin mərkəzində ilk dəfə Azərbaycan bayrağı qaldırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə Kanberra şəhərinin mərkəzi rayonunda yerləşən Beynəlxalq Bayraq Meydanında şərəf bayrağı olaraq hər zaman dalğalanan Avstraliya bayrağı bir gün müddətinə Azərbaycanın Dövlət Bayrağı ilə əvəz olunub.

Azərbaycanın Zəfər Gününə təsadüf edən Dövlət bayrağımızın qaldırılması mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanov çıxış edib. Müasir Azərbaycan dövləti və Dövlət bayrağımızın tarixi haqqında məlumat verən R.Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş respublikamızın bütün tarixi torpaqlarında öz Dövlət bayrağını qürurla dalğalandırdığını ifadə edib. Bayram günü ilə əlaqədar təqdim edilmiş bu gözəl imkana görə Avstraliya hökumətinə minnətdarlığını bildirib.

Çıxışdan sonra R.Qurbanov tərəfindən Dövlət bayrağımız qaldırılıb.

Tədbirdə qardaş Türkiyənin Avstraliyadakı səfiri Korhan Karakoçun rəhbərlik etdiyi diplomatik heyət və hərbi attaşe aparatı, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: