Azərbaycanın Zəfər Günü Malayziyada müxtəlif tədbirlərlə qeyd olunub - FOTOLAR

A- A A+

Azərbaycanın 8 Noyabr – Zəfər Günü ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə təşkil edilən müxtəlif tədbirlərlə qeyd edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Zəfər Gününün birinci ildönümündə Malayziyada yaddaqalan aksiya təşkil olunub. Belə ki, Kuala Lumpur Şəhər Bələdiyyəsinin inzibati binasının möhtəşəm “MENARA-1” qülləsi üzərindəki rəqəmsal ekranda nəhəng Azərbaycan bayrağı proyeksiya edilib. Şanlı üçrəngli bayrağımızın fonunda “8 Noyabr – Azərbaycanda Zəfər Günü” sözləri yazılıb.

“MENARA-1” qülləsinin ekranının hündürlüyü 90 metrdən yüksək olmaqla, Malayziyanın ən böyük rəqəmsal nümayiş məkanı hesab olunur.

Zəfər Günü münasibətilə Kuala Lumpur şəhərinin məşhur “PETRONAS” şirkətinin “Əkiz qüllələr” meydanındakı nəhəng rəqəmsal billbordda da Azərbaycan bayrağı nümayiş etdirilib. Şanlı üçrəngli bayrağımızın fonunda “8 Noyabr – Azərbaycanda Zəfər Günü” sözləri yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: