Sidney sakinləri Azərbaycanın Zəfər Günü barədə məlumatlandırılıb - FOTOLAR

A- A A+

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Avstraliyanın Sidney şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə bir sıra məlumatlandırıcı tədbirlər keçirilib.

Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Mikayıl Oytanın təşəbbüsü ilə Sidney şəhərində xüsusi yük maşınlarının üzərində Vətən müharibəsi ilə bağlı şəkilləri əks etdirən elektron məlumatlandırıcı lövhələr yerləşdirilib. Yük maşınları insanların sıx olduğu küçələr boyunca hərəkət edib.

Aksiyanın əsas məqsədi Avstraliya ictimaiyyətini 30 ilə yaxın davam edən münaqişənin Azərbaycanın şanlı Qələbəsi ilə bitməsi barədə məlumatlandırmaq olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: