Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mövcud kontingentinin fəaliyyət müddəti daha bir il uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub və təsdiqlənib.
Qərara əsasən Azərbaycandakı türk hərbi heyət Qarabağda qurulan Türkiyə-Rusiya birgə müşahidə mərkəzində daha bir il müddətinə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, ölkədə bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə aiddir.