Azərbaycanın xarici işlər naziri Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb

A- A A+

Noyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə post-münaqişə mərhələsində bölgədə hazırkı vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər - azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpası, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistan ilə Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin edilməsinin tərəfdarı olduğu vurğulanıb.

Söhbət zamanı, həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazırlığı və maraqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: