Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi davam etdiriləcək

A- A A+

Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılacaq.

Bu gün, eyni zamanda qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçiriləcək. İclasda gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarında isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: